Bütün xəbərlər
Əlilliyi olan gənclərə təlim keçirildi
Tarix: 16-06-2019 01:58 | Bölmə: Sosial



“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sumqayıt şəhər Gənclər evində Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil etdi.
Təlimdə 15 nəfər əlilliyi olan gənc iştirak edib bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Səbinə Kərimova məlumat verib.
O,bildirib ki,təlimdə iştirak edən əlilliyi olan gənclərə SosialMedia.az saytı üzərində işləmək mexanizmi öyrədilib.Əlilliyi olan şəxslər üçün əlişlərindən ibarət elektron baza yaradılıb və yeni potalda onların əlişləri nümayiş olunacaq. Qeyd edib ki,eyni təlim iyul ayında Bakı şəhərində eşitmə və nitq məhdudiyyətli gənclər üçün təşkil olunacaq.
Bu təlimləri keçirməkdə məqsəd əlilliyi olan gənclərin sosial müdafiəsinə dəstək verməkdir.Təlimçi QHT.az saytı və QHT.TV baş redaktoru Cəsarət Hüseynzadə gənc əlillərə sayt üzərində işləməklə yanaşı,PR yazılış qaydasını öyrədib. Təlimin sonunda iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Sabaha-inamla.Az











Baxış sayı: 617


Bölməyə aid digər xəbərlər