Bütün xəbərlər
Gender bərabərliyi və məişət zorakılğı aylığı"na yekun vuruldu
Tarix: 01-06-2019 00:42 | Bölmə: Sosial





Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gender bərabərliyi və məişət zorakılğı aylığı"na yekun vurulmuşdur. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti nin başçısının humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, İcra Hakimiyyətinin əməkdaşları Ədalət Teymurov, Ülviyyə Rufullayeva, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsindən Tural Hüseynzadə, BŞTİ-nin nümayəndəsi Böyükağa Əhmədov, Ombudsman aparatından elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova, işgəncələrin qarşısının alınması şöbəsinin müdir müavini Vəfa Verdiyeva iştirak edirdi. Məktəbin şagirdləri M.Ə. Sabirin “Çatladı Xanbacı qəmdən ürəyim” şeirini, C.Cabbarlının “Dilbər” pyesindən fraqmentlər göstərdilər. Daha sonra şagirdlər tanınmış şəxsiyyətlərin qadın haqqında aforizmlərindən sitatlar gətirirdilər.
Günel Məmmədli
Sabaha-inamla.Az


















Baxış sayı: 891


Bölməyə aid digər xəbərlər