14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Mxitaryan çox qorxubsa, özünə "pampers" alsın" - məşhur rus futbolçu
Tarix: 29-05-2019 17:45 | Bölmə: Sosial

                "Mxitaryan çox qorxubsa, özünə "pampers" alsın" - <b style="color:red"> məşhur rus futbolçu</b>


"Əminəm ki, Bakıda yaxşı futbol olacaq. Heç vaxt proqnoz verməmişəm. Ancaq "Çelsi"ni bir qədər üstün görürəm. Çünki komandada xətlərarası əlaqə yaxşıdır. Məhsuldar oyun gözləyirəm".
Qol.az xəbər verir ki, bu sözləri Rusiya millisinin sabiq üzvü Andrey Kançelskis "rusfootball.info"ya müsahibəsində deyib.
"Mançester Yunayted", "Everton" və "Fiorentina" kimi klublarda çıxış etmiş veteran yarımmüdafiəçi "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıda "Çesli" ilə keçiriləcək final matçına gəlməməsinə münasibət bildirib. Futbolçunun qərarının gülməli olduğunu deyən Kançelskis onu qorxaq adlandırıb:
"Mən başa düşmürəm, sən kimdən, hansı siyasi əlaqələrdən qorxursan? Sən futbol oynayırsan. Bu cəfəngiyyatdır, sadəcə, gülməlidir. Klounluğa bənzəyir. Gedib oynamaq və heç kimdən qorxmamaq lazım idi. Azərbaycanla Ermənistan arasındakı münasibətlər necə olursa-olsun, getmək və oynamaq lazımdır. Orada sənə heç kimin barmağı da toxunmayacaq. Fitə basa, qışqıra bilərlər.  Maradona da İngiltərəyə əllə qol vurduğu üçün fitə basılmışdı. Maradona ki yaşayır. Əgər Mxitaryan çox qorxubsa, özünə "pampers" alsın. Əgər insan bir şeyi istəyirsə, öz gücü ilə edəcək. Yox, qorxursansa, qorxaq olduğunu etiraf et. Mən klubun rəhbəri olsaydım, peşəkar öhdəliyini yerinə yetirmədiyi üçün Mxitaryanı cərimələyərdim. Əgər Avropa Liqasını qazana bilməsələr, məhz Mxitaryan günahlandırılacaq. Çünki getmədi və komandaya kömək etmədi".
Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" arasındakı final matçı saat 23:00-da başlayacaq.



Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər