Bütün xəbərlər
Məktəbdə pedaqoji şura keçirildi
Tarix: 23-05-2019 09:01 | Bölmə: Sosial


Azərbaycan Respublikası Təhsil Nazirinin 13 mart 2019-cu il tarixli F-260 nömrəli əmri ilə "Ümumtəhsil müəsisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə" "Fəaliyyət Planı"nın təsdiq edilməsi ilə əlaqədar Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə pedaqoji şura keçirildi. Pedaqoji şuranı giriş sözü ilə açan məktəbin direktoru G.F. Abdullayeva "Fəaliyyət Planı"nın ayrı-ayrı bəndləri ilə şura üzvlərini tanış etdi. Məktəbin direktoru 21 may 2019-cu il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsini müdiri Rəşad Tağıyevin məktəb direktorları ilə görüşdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamatində görüləcək işlərdən danışdı.
Sabaha-inamla.Az





Baxış sayı: 1 078


Bölməyə aid digər xəbərlər