Bütün xəbərlər
Məktəb direktorları üçün " İnklüziv təhsil " mövzusunda seminarlar davam etdirildi
Tarix: 20-05-2019 20:29 | Bölmə: Sosial


2018- ci ildən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda məktəb direktorları üçün seminarlar keçirilir. 20 may tarixdə məktəb rəhbərlərinin yeni qrupu üçün " İnklüziv təhsil " mövzusunda seminarlar davam etdirildi.
Seminarda dünya təcrübəsində,eləcə də Azərbaycan təhsilində bu istiqamətdə keçilən yoldan-diskriminasiya,seqreqasiya,inteqrasiya və illüziyadan danışıldı.Eyni zamanda sağlam psixoloji mühit, əlilliyi olan uşaqlarla düzgün davranış qaydaları haqqında məlumat verildi." Hamı ilə eyni və bərabər münasibət" - dən danışıldı.Direktorlara" Sizin məktəb inklüziv olarsa,hansı problemlər yarana bilər?",Bu halda yaranan problemlərin mümkün həlli yolları hansılardır" sualı ünvanlandı.Çox maraqlı keçən seminarı video materiallar daha da zənginləşdirildi.
Namiq Məmmədli
Sabaha-inamla.Az








Baxış sayı: 626


Bölməyə aid digər xəbərlər