14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Olimpiya mükafatçımız ardıcıl ikinci dəfə dünya çempionu oldu
Tarix: 19-05-2019 23:55 | Bölmə: Sosial



Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani növbəti dəfə dünya çempionu titulunu qazanıb. 
Oxu.Az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İngiltərənin Mançester şəhərində keçirilən mundialda bütün rəqiblərini məğlub edib. 
Bir gün öncə dayanq üzərinə çıxan iranlı legionerimiz finaladək ardıcıl olaraq kubalı Xose Komasa (17:4), fransalı İsmael Buzid Suiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib.
O, bu gün baş tutan finalda Apostolos Telikostoğlu (Yunanıstan) ilə döyüşüb. Olimpiya mükafatçımız rəqibinə 22:12 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə dünya çempionatını qızıl medalla bitirib.
Qeyd edək ki, daha öncə Fəridə Əzizova (-67 kq) yığmamıza bürünc medal qazandırıb.



Baxış sayı: 522


Bölməyə aid digər xəbərlər