14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Azərbaycanda bu il 218 qızılcaya yoluxma halı təsdiqlənib
Tarix: 24-04-2019 12:28 | Bölmə: Sosial

Azərbaycanla qonşu olan Gürcüstan Avropa regionunda qızılcanın ən çox yayıldığı 5 ölkədən biridir. Bu, bizi narahat edir, buna görə tədbirlərimizi daha da gücləndirməliyik.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin mütəxəssisi Cəvahir Süleymanova deyib.
Onun sözlərinə görə, 2018-ci ildə 47 ölkədə 83 540 yoluxma halı baş verib: "Ötən il Avropa regionunda ən yüksək göstərici Ukraynada olub. Burada qızılcaya 39 902 yoluxma halı qeydə alınıb. Yaşı 30 və 30-dan çox olanlar qızılcaya daha çox yoluxublar. 2019-cu ildə Avropa regionunda 42 ölkədə 34 300 yoluxma halı baş verib. Ən yüksək rəqəm bu il də 25 319 hal olmaqla, Ukraynada qeydə alınıb".
C.Süleymanova əlavə edib ki, Azərbaycanda qızılcaya qarşı peyvəndlə əhatə səviyyəsi yüksək olsa da, burada da alovlanma baş verib: "Amma Azərbaycanda bu rəqəm o qədər də yüksək deyil. Azərbaycanda 2018-ci ildə 71, 2019-cu ildə 218 yoluxma halı təsdiqlənib".
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, Azərbaycanda ötən ilin sonunda qızılca xəstəliyi gətirilmə hallar nəticəsində qeydə alınıb: "Qızılcaya yoluxma halları azalıb, amma insanlar bilməlidirlər ki, xəstəlik hələ tam bitməyib".
A.Əliyevanın sözlərinə görə, Azərbaycanda tələb olunan həcmdə vaksin ehtiyatı var: "Ehtiyac olduğu zaman tələb olunan rayon və şəhərlərə əlavə vaksin ehtiyatı göndərilə bilər".



Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər