12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: "Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”
Tarix: 16-04-2019 08:52 | Bölmə: Sosial

                               


"Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”.
"Report" xəbər verir ki, bunu Serbiya yığması ilə keçirilmiş yoldaşlıq oyunundan sonra futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva "affa.az" saytına açıqlamasında deyib.
“Maraqlı oyun alındı. Rəqibimiz kifayət qədər güclü komanda olsa da, oyunçularım özlərini yaxşı tərəfdən göstərdilər. Məni ən çox sevindirən məqam oyun intizamına riayət etməkdir ki, bu qarşılaşmada bunu bacardıq. Təbii ki, bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Ancaq hər bir oyunun öz xarakteristikası, tapşırığı var. Bu komanda ilə daha bir oyunumuz var. Əvvəlki səhvlərimizi təkrarlamamağa çalışacağıq. Meydana çıxmısansa, sona qədər mübarizə aparmalısan”, deyə o bildirib.



Baxış sayı: 546


Bölməyə aid digər xəbərlər