12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Bakıda satılan uşaq qidasında təhlükə aşkarlandı - FOTO
Tarix: 04-04-2019 12:36 | Bölmə: Sosial



Bakıda marketlərdə satılan “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq məlumat yayıb.
Əməliyyat tədbirləri zamanı “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və  nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratosiyasına göndərilib.
Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.
Araşdırmaların nəticəsinə dair ictimaiyyətə əlavə məlumatlar veriləcək.








Baxış sayı: 577


Bölməyə aid digər xəbərlər