20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
Bütün xəbərlər
Qırğızıstana pulsuz olaraq 1300 tondan çox un göndərəcək
Tarix: 12-08-2025 20:36 | Bölmə: Sosial

Rusiya Qırğızıstana humanitar yardım göstərərək 1300 tondan çox buğda unu verəcək.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiyanın Bişkekdəki səfirliyi məlumat yayıb.
Avqustun 18-də Qırğızıstan paytaxtında ərzaq yardımının rəsmi ötürülməsi mərasimi planlaşdırılır. Tədbirdə Rusiya səfiri Sergey Vakunov və BMT-nin ÜƏP nümayəndələri iştirak edəcək.
“Rusiya Federasiyasının BMT-nin Ümumdünya Ərzaq Proqramına (ÜƏP) əsas töhfəsinin həyata keçirilməsi çərçivəsində Oş şəhərinə 1080 ton, Bişkekə isə 202,5 ton zənginləşdirilmiş buğda unu gətirilir”, - deyə, diplomatik missiyanın nümayəndəsi izah edib.
Bu, BMT-nin ÜƏP çərçivəsində Rusiya yardımının ilk belə hərəkəti deyil. Bu ilin aprelində Rusiyadan respublikaya 398 ton ərzaq məhsulları, 2023-cü ilin dekabrında isə 742 tondan çox un və 60 ton bitki yağı tədarük edilib.
Yanvarda Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Jeenbek Kulubayev Rusiyaya hərtərəfli yardıma görə minnətdarlığını bildirib. Nazir vurğulayıb ki, ölkə Rusiyaya da yardım göstərməyə çalışır - məsələn, Orenburqda daşqınlar zamanı respublika regiona 360 ton humanitar yardım gönd
ərib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər