12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Qarabağ"dan ayrılan futbolçu ABŞ klubu ilə müqavilə bağlayıb
Tarix: 26-03-2019 13:27 | Bölmə: Sosial

                                 


"Qarabağ"ın və Albaniya milli komandasının sabiq futbolçusu Ansi Aqolli ABŞ-ın "Nyu-York Kosmos" klubu ilə müqavilə bağlayıb.
"Report" xəbər verir ki, Amerika təmsilçisinin vitse-prezidenti Co Barone 36 yaşlı müdafiəçinin bu mövsüm komandada olacağından məmnunluq ifadə edib.
Onun sözlərinə görə, Aqollini təcrübəsi hər şeydən xəbər verir: "Hiss edirik ki, Ansi şəxsi xüsusiyyətləri ilə meydanda böyük təsir gücünə malik olmaqla yanaşı, komandadakı gənclərə nümunə olacaq".
Baş məşqçi Karlos Mendes isə bildirib ki, Aqolli komanda ilə olduğu müddətdə hansı keyfiyyətlərə malik olduğunu nümayiş etdirib. Onun fikrincə, "Kosmos" fanatları təcrübəli oyunçunun çıxışını izləməyə şad olacaqlar: "Ansi əldə etdiyi nailiyyətlərə rəğmən, sadədir, hər gün məşqlərdə səylə çalışır".
Aqolli isə deyib ki, ötən həftədən məşqlərə başladığı yeni klubunda özünü rahat hiss edir: "Biz bir ailə kimiyik. Çox həyəcanlıyam və oyunlarımızı, komanda ilə nəticələr əldə edəcəyimiz qazanacağımız vaxtı səbirsizliklə gözləyirəm. Albaniyada ABŞ futbolundan danışanda "Kosmos" birinci yerdə gəlir. Bu klubun ənənələrindən xəbərdaram. Mən də komandaya kömək edərəm bu ənənələrin qorunması üçün hər şeyi edəcəyəm".
Qeyd edək ki, Ansi Aqolli 2010-cu ildən çıxış etdiyi "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 200-dən çox oyun keçirib, 5 dəfə ölkə çempionluğu, 3 dəfə kubok qazanıb. O, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində də forma geyinib. 2005-ci ildə Albaniya yığmasında debüt edən sol cinah müdafiəçisi 2016-cı il Avropa çempionatında komandanın kapitanı olub. Aqolli Azərbaycan klublarının legionerləri arasında qitə çempionatlarında çıxış etmiş yeganə futbolçudur.



Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər