12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Azərbaycanda dövlət hesabına dərmanla təmin edilən xəstələrin sayı açıqlanıb
Tarix: 21-03-2019 10:35 | Bölmə: Sosial



                      

Hazırda Azərbaycanda 264 minə yaxın şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özününəzarət vasitəsilə təmin edilir.
Trend-in məlumatına görə, “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində 1100-dən çox xəstənin dövlət hesabına preparatlarla təminatı həyata keçirilir.
Bununla yanaşı, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin edilir. Bu mərkəzlərdən 34-ü bölgələrdə yerləşir.
Qeyd edək ki, Azərbaycanda bəzi deputatlar qaraciyər köçürülən insanlara transplantasiya əməliyyatından sonrakı müddətdə dərmanların pulsuz verilməsini də təklif ediblər.
Onlar bildiriblər ki, böyrək transplantasiyası həyata keçirilən xəstələrə dərmanlar əməliyyatdan sonra pulsuz verilir. Qaraciyər köçürülən insanlara isə müalicədən sonra pulsuz dərmanlar verilmir. Bununla bağlı proqram qəbul edilə bilər.



Baxış sayı: 623


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu