12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Satıcı siqaret almaq istəyən şəxsin yetkinlik yaşına çatmasına şübhə etdikdə onun sənədini tələb edəcək - YENİ QAYDA
Tarix: 16-03-2019 10:03 | Bölmə: Sosial

                                


Azərbaycanda satıcı siqaret almaq istəyən şəxsin yetkinlik yaşına çatmasına şübhə etdikdə onun sənədini tələb edəcək.
Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.
Bu dəyişikliklə qaydalara yeni bənd əlavə edilib.
Həmin əlavədə qeyd edilir ki, tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə, satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir.



Baxış sayı: 546


Bölməyə aid digər xəbərlər