12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Köhnə kitabların tozu göz xəstəliklərinin yaranması üçün riskdir
Tarix: 13-03-2019 23:35 | Bölmə: Sosial



Kompüterlər, müxtəlif ölçüsü və şrifti olan mətnlər və köhnə kitabların tozu göz xəstəliklərinin yaranması və gözün zəifləməsi üçün risk faktorları sırasındadır.
Trend-in məlumatına görə, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva "Göz xəstəliklərinin profilaktikası və aşkarlanması" mövzusunda keçirilən mühazirə-seminarda çıxış edərkən deyib.
O, bu səbəbdən kitabxana əməkdaşlarının ildə ən azı 1 dəfə gözlərinin müayinə edilməsini vacib sayıb.
Y.Abdıyeva mərkəzin müxtəlif istiqamətlərdə fəaliyyətindən, tez-tez rast gəlinən göz xəstəlikləri və onların profilaktikası, risk qrupuna aid olan əhali arasında göz xəstəliklərinin qarşısının alınması və erkən diaqnostika imkanları barəsində geniş məlumat verib.
Mərkəzin həkim-oftalmoloqu Könül Feyziyeva 40 yaşından yuxarı şəxslərdə qlaukoma, katarakta və onların fəsadları, buynuz qişasının patologiyası haqqında təqdimat edib.
Seminardan sonra MOM tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarının gözləri oftalmoloji müayinədən keçirilib.



Baxış sayı: 589


Bölməyə aid digər xəbərlər