Bütün xəbərlər
Novruz bayramı öncəsi qiyməti artan İran nemətləri - SİYAHI
Tarix: 11-03-2019 10:27 | Bölmə: Sosial

                

İranın çərəz ixracı ötən illə müqayisədə bu il xeyli azalıb.
Trend-in məlumatına görə, bunu İranın Çərəz İstehsalçıları və Satıcıları Assosiasiyasının rəhbəri Əlirza Ərzani Məməqani Gənc Jurnalistlər Klubuna (YJC) deyib.
Ə.Məməqaninin sözlərinə görə, ölkədə çərəz məhsullarının istehsalı ötən 25 ildə analoqu olmayan şəkildə azalıb. Mütəxəssis bildirib ki, bu da ixraca öz təsirini göstərib: “Bununla belə İran dünyada çərəz istehsalında birinci yeri tutur".
Novruz bayramı öncəsi İran bazarlarında çərəzlərin qiyməti aşağıdakı kimidir:
Məhsul (1 kq)Qiymət (rialla) (dollarla)
Əncir qurusu580 min (13,8)
Badam (qabıqlı)230 min (5,47)
Püstə (1-ci dərəcəli)1,8 milyon (42,8)
Tut qurusu450 min (10,7)
İydə440 min (10,4
Kişmiş300 min (7,14)
Qoz ləpəsi820 min (19,5)
Duzlu fındıq ləpəsi1,55 milyon (36,9)
Kokos (pudrası)240 min (5,71)
Hind badamı1,67 milyon (39,7)
Günəbaxan tumu280 min (6,66)
Noxud190 min (4,52)
Küncüd330 min (7,85)
Balqabaq tumu510 min (12,1)
Şaftalı qurusu185 min (4,04)
Qeyd edək ki, İranda 1 kq 1-ci dərəcəli püstənin qiyməti 600 min rial (14,2 dollar) civarında idi.



Baxış sayı: 682


Bölməyə aid digər xəbərlər