Bütün xəbərlər
Sumqayıtda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub
Tarix: 09-03-2019 23:44 | Bölmə: Sosial

                                 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Novruz - 2019” kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.
"Report"un Sumqayıt -Abşeron bürosunun məlumatına görə, yarmarka şəhərin 42-ci məhəlləsi ərazisində təşkil olunub.
Yarmarkada ətraf rayonlarda istehsal edilən kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb və müştərilərə bazar qiymətindən aşağı təklif olunub. Yarmarkada kənd təsərrüfatı məhsulları, inək, qoyun və quş əti, un məmulatları, kolbasa və sosiskalar, müxtəlif çeşiddə yağlar, çərəzlər və s. məhsullar satılır.
Yarmarka üçün təhkim olunan yer müasir standartlara uyğun formada təşkil olunub, istehlakçılar və fermerlər üçün əlverişli ticarət mühiti yaradılıb.
Yarmarkadakı bütün məhsulların keyfiyyətinə nəzarət ediləcək. Eləcə də, hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.
Novruz yarmarkasına Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da, baş çəkib.







Baxış sayı: 598


Bölməyə aid digər xəbərlər