Bütün xəbərlər
Nazirlik rəsmisi restoranlarda satılan nadir heyvan əti barədə
Tarix: 01-03-2019 19:17 | Bölmə: Sosial

                    



"Deyə bilmərəm ki, nadir heyvanların ətinin restoranlarda satılması problemi 100 faiz həll olunub, amma əksər iaşə obyektləri mənşəyi bilinməyən ov ətinin satılmasından imtina edirlər".
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması departamentin direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, ötən il bəzi restoranlar nadir heyvan ətindən yeməklər hazırladığına görə cərimələnib:
"Daha sonra biz bir neçə dəfə reyd keçirdik. Bu cür hallar aşkarlanmadı. Hətta bir neçə dəfə yoxlama aparmaq üçün mən özüm həmin restoranlara gedərək nadir heyvan ətindən yemək sifariş etdim. Mənə dedilər ki, buna görə cərimələnmə tətbiq edilir və bu cür heyvanların əti verilmir. İctimai qınağın böyük əhəmiyyəti oldu".



Baxış sayı: 574


Bölməyə aid digər xəbərlər