Bütün xəbərlər
Bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklif edilir
Tarix: 28-02-2019 22:52 | Bölmə: Sosial



Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir.
Trend-in məlumatına görə, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.
Məruzədə təklif edilir ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə qaytarılmaqla, bu qurumun büdcəsindən maliyyələşdirilsin.
Eyni zamanda, ümumtəhsil müəssisəsələrinə 1-ci sinfə gedən şagird qəbulu prosesinin təkmilləşdirilməsi, məktəblərin ərazi aidiyyatının qəbul prosesinədək dəqiqləşdirilməsi və bu məlumatların əvvəlcədən elan edilməsi təklif edilir.
Ombudsman təklif edir ki, siniflərin komplektləşdirilməsi zamanı şagirdlərin və məktəbəhazırlıq qruplarındakı uşaqların sayı ilə bağlı tələblərə riayət edilsin.



Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər