Bütün xəbərlər
Böyük Dəbilqə turnirinin son günündə 5 Azərbaycan cüdoçusu mübarizə aparacaq
Tarix: 24-02-2019 13:12 | Bölmə: Sosial

                                            

Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın daha 5 cüdoçusu tatami üzərinə çıxacaq.
"Report"un məlumatına görə, bu gün ağır çəkililər mübarizə aparacaqlar.
Kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov 1/16 finalda Tomas Briseno (Çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (Çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya Çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqə turnirində 15 cüdoçu ilə təmsil olunur. Hələlik onlardan yalnız Rüstəm Orucov 73 kq çəkidə bürünc medal qazanıb. Nüfuzlu yarışa 93 ölkədən 606 cüdoçu qatılıb. Onlardan 362 nəfəri kişi, 244-ü qadındır.



Baxış sayı: 848


Bölməyə aid digər xəbərlər