Bütün xəbərlər
Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
Tarix: 18-02-2019 20:50 | Bölmə: Sosial

                                  

Azərbaycanda əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayevin sözlərinə görə, bu sahədə keçirilən islahatların əsas məqsədi əlilliyin müəyyən olunması meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılmasıdır:
“Avropa İttifaqının və Ümumdünya Səhiyyə Təşkilatının rəy və qərarları mövcuddur ki, bu sənədlər əsasında əlilliyin müəyyən olunması meyarları dəyişir və yeni normativlər yaranır. Burada söhbət xəstəliyin dərəcəsinin müəyyən olunmasından, bunun insan həyatına, onun fəaliyyətinə təsirindən gedir. Bu və digər dərəcə əsasında qiymətləndirmə keçiriləcək”.



Baxış sayı: 542


Bölməyə aid digər xəbərlər