Bütün xəbərlər
Diqqət: Bu dərman satışdan çıxarılır, ürəyə ziyandır
Tarix: 16-02-2019 06:15 | Bölmə: Sosial

               

Tez-tez istifadə olunan öskürək dərmanı "Erespal" Fransa və daha sonra Rusiyada satışdan çıxarılır.
Erespal Servye (Fransa) farmasevtik kompaniyası tərəfindən buraxılır. Yeni araşdırmalar göstərib ki, Erespalın qəbulu ürək ritminin pozulmasının (aritmiya) riskini artırır.
Axar.az Medikforuma-a istinadla xəbər verir ki, mütəxəssislər hazırda bu dərmanı qəbul edən insanlara qəbulu dayandırmağı və onu digər preparatla əvəz etməyi tövsiyə edirlər.
Mütəxəssislər qeyd edir ki, əvvəllər bu preparatı qəbul edən insanlar narahat olmaya bilər. Preparatın ürəyə olan mənfi təsiri yalnız qəbul zamanı mümkündür.



Baxış sayı: 594


Bölməyə aid digər xəbərlər