23:18 / 08-10-2026
Murad dünya üçüncüsü oldu
23:13 / 08-10-2026
Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi
23:06 / 08-10-2026
Elvin Mahmudzadə yenə həbs edildi
22:59 / 08-10-2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub
22:56 / 08-10-2026
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
22:50 / 08-10-2026
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
22:43 / 08-10-2026
İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
22:35 / 08-10-2026
ABŞ məhkəməsi Maduronun həyat yoldaşının həbsdən azad edilməsini rədd etdi
19:47 / 08-10-2026
375 məktəb və liseydə tədris dayandırılıb
19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
Rektordan tələbələrinə: Siz bu nisgili aradan qaldırın!
Tarix: 14-02-2019 01:24 | Bölmə: Sosial
Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilində bakalavr ali təhsil pilləsinin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji və istehsalat təcrübəsinə həsr olunan konfrans keçirilib.
Kult.az xəbər verir ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla tələbələri təcrübəyə yollanmaları münasibəti ilə təbrik edib.
Akademik Kamal Abdulla ADU tələbələrinin bu il artıq ikinci dəfədir ki, məcburi köçkün məktəblərinə təcrübəyə yollandıqlarını bildirib:
“Gənclərimiz ikinci dəfədir ki, bu marşrutla hərəkət edəcəklər. Adətən, pedaqoji təcrübə Bakı məktəblərində baş tutur. Çox vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, biz universitet olaraq öz coğrafiyamızı genişləndiririk. Pedaqoji təcrübənin bu gün Azərbaycanın digər regionlarında və hətta konkret olaraq, məcburi köçkün məktəblərində keçirilməsi tələbələrimizin bizim getdiyimiz yola münasibətini büruzə verir, müəllimlərimizin bizimlə əl-ələ verdiyinin göstəricisidir. Buna görə tələbələrimizə və müəllimlərimizə universitet rəhbərliyi adından təşəkkür edirəm”.
K.Abdulla tələbələrin özlərini ilk dəfə müəllim kimi sınamaq imkanına sahib olacaqlarını deyib:
“Sizin həyatınızda çox böyük məqamdır, gələcək fəaliyyətinizə işıq salan haldır. Görəcəksiniz ki, o şagirdlərin qəlbində sizin izinizin qalması ilə yanaşı, sizin də qəlbinizdə həmin şagirdlərin izi qalacaq. İlk təcrübə ilk məhəbbət kimidir. Arzu edirəm ki, təcrübəni könül xoşluğu ilə başa vurasınız. Əminəm ki, geri qayıdarkən gözlərinizdə qayğı, həsrət hissləri olacaq, onları böyük məhəbbətlə, niskillə xatırlayacaqsınız”.
Rektor K.Abdulla məcburi köçkün məktəblərində təcrübə keçən tələbələrin böyük təəssüratlarla qayıdacaqlarını söyləyib:
“Bu təcrübə yalnız pedaqoji istiqamətdə qurulmamalıdır. Bu təcrübənin daha da zənginləşməsi üçün biz hər cür imkandan istifadə edəcəyik. Bizim əməkdaşlarımız məktəblərə sizi ziyarət etməyə gələcəklər. Siz orada müxtəlif tədbirlər təşkil edəcəksiniz. Sizi çox maraqlı ünsiyyət gözləyir. Bu ünsiyyət gələcəkdə sizin müəllim peşəsinə yiyələnməyinizə son dərəcə böyük impuls verəcək”.
K.Abdulla məktəblərdə nizam-intizam qaydalarına riayət olunması barədə tövsiyələrini verib:
“Siz bizim göyərçinlərimizsiniz. Bizi getdiyiniz yerlərdə təmsil edirsiniz. Sizin oradakı rəftarınızdan, peşənizə olan sevgini nümayiş etdirmə bacarığınızdan universitetimizə olan maraq və diqqət formalaşacaq”.
O, məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin vətən nisgilini azaltmaqda tələbələrin məsuliyyət daşıdığını qeyd edib:
“Təsəvvür edin, əvvəllər məcburi köçkün məktəblərində vəziyyət acınacaqlı idi. Məktəblər vaqonlarda yerləşirdi. Amma indi Heydər Əliyev Fondunun köməyi ilə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından fəaliyyəti nəticəsində inşa edilən məktəbləri, yaradılan şəraiti, uşaqlardakı oxumaq həvəsini görəndə özünüz oradan ayrılmaq istəməyəcəksiniz. Amma şagirdlərdə oxumaq həvəsi ilə yanaşı, gözlərində nisgil də var. Siz bu nisgilin aradan götürülməsini təmin etməlisiniz. Bu gün ölkəmiz də, Prezidentimiz də bu istiqamətdə əlindən gələni edir. Biz görürük ki, ölkə rəhbəri dünya liderləri ilə danışıqlar aparır, dünyanı inandırmağa çalışır ki, Azərbaycan həqiqəti haradadır, nədən ibarətdir? Ona görə də sizin öhdənizə belə bir ictimai-siyasi missiya düşür ki, o uşaqlarla, müəllimlərlə də ünsiyyətinizdə bütöv azərbaycançılıq obrazının yaradılmasına gətirib çıxarasınız. Dərsdənkənar ünsiyyət böyük əhəmiyyət kəsb edir. Bu, yalnız pedaqoji təcrübə deyil, hər birinizin ictimai-siyasi fəaliyyətinizdir. Bununla siz sübut edirsiniz ki, ölkə prezidentinin yanındasınız, ölkənin siyasi xəttinin həyata keçirilməsində fəal iştirakçısınız. Bu, bizim dünyaya nümayiş etdirmək istədiyimiz Azərbaycan həqiqətlərinin əhəmiyyətli hissəsidir”.
Proqramların tərtib olunduğunu deyən K.Abdulla universitetin tələbələrə görəcəkləri işlərlə bağlı hər cür köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.
ADU-nun rektoru K.Abdulla istehsalat təcrübəsinin tələbələrin peşəkarlığının daha da təmkilləşməsinə xidmət etdiyini deyib:
“İndi təcrübəsinə getdiyiniz qurum gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq, peşəkar kimi hərəkət etməyinizin səbəbi olacaq. Hər il olduğu kimi, bu il də universitet çalışıb ki, getdiyiniz təcrübə yerlərinin coğrafiyası genişlənsin. Universitet həyatında istehsalat və pedaqoji təcrübə bir-birini tamamlayan iki mühüm bir hadisədir, gələcəkdə müəllim olmağa hazırlaşan, digər dövlət qurumlarında çalışmağa hazırlaşan gənclər üçün xüsusi bir hazırlıq mərhələsidir. Bu iki istiqamətlə biz tam püxtələşmiş Azərbaycan vətəndaşının addımlarını hiss edirik, onun gələcək hazırlığının ilk ştrixlərini, eskizlərini görürük. Getdiyiniz yerlərdə əmək kollektivi ilə birlikdə müəyyən işin öhdəsindən gəldiyiniz zaman burada öyrəndiyiniz vərdişləri təcrübədən keçirmək imkanı əldə edəcəksiniz. Elə etmək lazımdır ki, getdiyiniz yerlərdə sizin barənizdə doğru-dürüst təsəvvür olsun. Sizin haqqınızda olan təsəvvür, eyni zamanda universitet haqqında təsəvvürə çevrilsin”.
Rektor bu mərhələnin universitet həyatının son dərəcə vacib mərhələsi olduğunu deyib:
“Bu, sizin təkcə peşəkar kimi deyil, eyni zamanda azərbaycançılıq, dövlətçilik ideyaları ilə yaşayan gənclər, vətəndaşlar kimi püxtələşəcəyiniz mərhələdir. Ölkə prezidentinin hər zaman qeyd etdiyi kimi, Azərbaycanın işıqlı gələcəyinə doğru gedən yolda gənclərimiz bütün cəmiyyətimizi, milləti təmsil edir. Əminəm ki, siz də dövlətin iftixar mənbələrindən birisiniz və harada olmağınızdan asılı olmayaraq, doğma universitetinizin şərəfini uca tutacaqsınız”.
Təcrübə müddətində universitetlə mütəmadi əlaqə saxlamalarını tövsiyə edən rektor tələbələrin fəaliyyətinin unviersitet əməkdaşları tərəfindən nəzarətdə olacağını bildirib. Təcrübə keçəcəkləri müəssisələrin nizam-intizam qaydalarına riayət olunmasının vacibliyindən danışan rektor təcrübədən xoş münasibətlər quraraq, dostlar qazanaraq geri qayıtmalarını arzulayıb.
ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov 2018-2019-cu tədris ilində ümumilikdə 1100-ə yaxın tələbənin pedaqoji təcrübəyə gedəcəyini deyib. M.İsmayılov bildirib ki, pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 70-dən çox məktəb-liseyində və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Gəncə, Bərdə, Mingəçevir, Ağcabədi şəhərlərində yerləşən məcburi köçkün məktəblərində və Qəbələ, Sabirabad, Quba, Şamaxı, Masallı rayonlarının ucqar kənd məktəblərində təcrübə keçəcəklər. M.İsmayılov bildirib ki, pedaqoji və istehsalat təcrübələri 2019-cu ilin fevral ayının 18-dən başlayacaq. O, pedaqoji təcrübənin ümumilikdə 14 həftə, bölgə məktəblərində isə 4 həftə davam edəcəyini deyib.
Görüş tələbələri maraqlandıran sualların cavablandırılması, təcrübə rəhbərlərinin təkliflərinin dinlənilməsi ilə yekunlaşıb.

Baxış sayı: 805
Bölməyə aid digər xəbərlər

Dünən, 23:18
Murad dünya üçüncüsü oldu
Dünən, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib