Bütün xəbərlər
Anar Bağırov: Azərbaycanda vəkillərin 80 faizi gənclərdir
Tarix: 13-02-2019 23:54 | Bölmə: Sosial

                     


Azərbaycanda gənc hüquqşünasların vəkilliyə qəbul olunması prosesi sürətləndirilib.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov bildirib ki, hazırda Azərbaycan Vəkillər Kollegiyasında çalışanların böyük əksəriyyəti gənclərdir:
"Azərbaycanda vəkillərin 80 faizi 40 yaşına qədər olan hüquqşünaslardır. Sovet dövründə vəkillər bir qayda olaraq təqaüdə çıxan hüquqşünaslar olurdu. Yaxud əvvəlki işindən müəyyən səbəbdən çıxanlar vəkilliyə gəlirdilər. Amma bu gün belə deyil. Müxtəlif qurumlarda müstəntiq, təhqiqatçı olanlar hətta vəkil olmaq qərarı verirlər. Bu onu göstərir ki vəkilliyə maraq artır, vəkillik institutu inkişaf edir, vəkilin nüfuzu artır".



Baxış sayı: 547


Bölməyə aid digər xəbərlər