Bütün xəbərlər
Şamaxıda püskürən vulkan iki evdə çatlar yaratdı
Tarix: 13-02-2019 19:21 | Bölmə: Sosial



Bir necə gün əvvəl baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunun Quşçu kəndinin yaxınlığında olan "Quşçu" (Şamaxıdan 20 km aralıda) vulkanın püskürməsi nəticəsində iki yaşayış evində çatlar əmələ gəlib.
Bunu Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev məlumat verib.
Onun sözlərinə görə, püskürmə zamanı evlərdə kiçik çatlar qeydə alınsa da, torpaq üzərində çatlar yaranmayıb.
A.Əliyev qeyd edib ki, püskürmə zamanı xəsarət alan olmayıb.
Püskürmə zamanı alovun da qeydə alınmadığını deyən alim qeyd edib ki, vulkan nəticəsində yer qatından çıxarılan palçıq və süxurlar 2 hektar sahəyə qədər yayılıb.
A.Əliyev əlavə edib ki, "Quşçu" kiçik vulkan olsa da, aktivdir: "Onun ilk püskürməsi 1913-cü ildə baş verib. “Quşçu”nun bundan əvvəlki püskürməsi 2018-ci ilin yanvar ayında qeydə alınlb. Bu püskürmə də daxil olmaqla, “Quşçu” vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Bu vulkan 1917, 1941, 1992-ci ildə ildə güclü püskürüb".



Baxış sayı: 575


Bölməyə aid digər xəbərlər