Bütün xəbərlər
Avstriyada yeni ata olan şəxslər bir aylıq məzuniyyətə çıxa biləcəklər
Tarix: 13-02-2019 04:36 | Bölmə: Sosial

      


Avstriyada yeni ata olan vətəndaşların yaxın gələcəkdə bir aylıq məzuniyyətə çıxması mümkün olacaq. Bu tələblə Avstriyanın vitse-kansleri Haynts-Xristian Ştraxe çıxış edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, atalıq məzuniyyətindən geri qayıdan Ştraxe keçirdiyi mətbuat konfransında bildirib ki, o, belə bir məzuniyyətin şəxsi hesaba deyil, ödənişli qaydada olmasının tərəfdarıdır. Ailə bağlarını daha da möhkəmləndirməyə xidmət edən bu addım hökumətin ailə siyasətində müsbət amilə çevrilə bilər və ölkə iqtisadiyyatı üçün ciddi xərclər yaratmayacaq.
Koalisiya tərəfdaşı Avstriya Xalq Partiyası ilə bu istiqamətdə danışıqların aparıldığını bildirən vitse-kansler Avropa İttifaqı səviyyəsində belə bir qanunun qəbul olunacağını gözləməkdənsə milli səviyyədə bütün ailələr üçün bu istiqamətdə seçim imkanının yaradılmasının vacibliyini bildirib.
Hazırda Avropa İttifaqı səviyyəsində yeni ata olan şəxslərə on günlük məzuniyyət hüququnun verilməsi barədə danışıqlar aparılır. Avstriyada isə koalisiya tərəfdaşları bu məzuniyyətin müddətinin bir ay olması ilə bağlı müzakirələr aparırlar.



Baxış sayı: 626


Bölməyə aid digər xəbərlər