Bütün xəbərlər
Şirvanda 18 yaşlı gənc atasının işlədiyi mağazanın qarşısında qətlə yetirilib
Tarix: 12-02-2019 23:38 | Bölmə: Sosial

                             


Şirvan rayonunda qətl hadisəsi törədilib.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyevprospektində baş verib.
Bekə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.
Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsidir.
Faktla bağlı araşdırma aparılır. 



Baxış sayı: 564


Bölməyə aid digər xəbərlər