Bütün xəbərlər
Azərbaycan alimləri yeni velosiped yaradıblar
Tarix: 12-02-2019 20:16 | Bölmə: Sosial

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamov yeni tam ötürməli velosiped yaradıblar.
İnstitutdan Trend-ə verilən məlumata görə, bu, Azərbaycanın ixtiraçı alimlərinin ikitəkərli tam ötürməli velosiped işlənməsi üzrə ilk işidir.
Sözügedən velosipeddə arxa və qabaq təkərlərin hər biri ayrı-ayrılıqda və eyni zamanda aparıcı təkər funksiyasını icra edə bilir.
Öz sinfində (tam ötürməli velosipedlər) yeni texniki göstəricilərin cəmləşdiyi ixtira şəraitdən asılı olaraq həm tam ötürməli, həm də düz yol şəraitində ən yüksək nəticələrə və sürətə malik adi ötürməli idman velosipedi kimi istifadə oluna bilər.



Baxış sayı: 688


Bölməyə aid digər xəbərlər