Bütün xəbərlər
Səhiyyə Nazirliyi gənc qızın nadir rast gəlinən infeksiyadan ölməsi barədə söylənilən iddialara münasibət bildirib
Tarix: 08-02-2019 21:13 | Bölmə: Sosial



Səhiyyə Nazirliyi Bakıda Nərdanə Şirvan qızı Tağızadənin nadir rast gəlinən infeksiyadan ölməsi barədə söylənilən iddialara münasibət bildirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb:
"Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb".
Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.
Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.



Baxış sayı: 574


Bölməyə aid digər xəbərlər