Bütün xəbərlər
Təhsil Nazirliyi: 5 məktəbdə çatlar əmələ gəlib
Tarix: 06-02-2019 12:02 | Bölmə: Sosial

Fevralın 5-də baş verən zəlzələ nəticəsində 5 məktəbdə çatlar əmələ gəlib.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.
Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.



Baxış sayı: 577


Bölməyə aid digər xəbərlər