Bütün xəbərlər
Azərbaycan parataekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
Tarix: 05-02-2019 23:46 | Bölmə: Sosial

                                 

Türkiyənin Antalya şəhərində parataekvondo üzrə dünya çempionatına start verilib.
"Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 11 təmsilçisindən 3-ü dayanq üzərinə çıxıb.
49 kq çəki dərəcəsində yer alan Röyalə Fətəliyeva (K 44) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal yazdırıb.
75 kq-dan yuxarı çəkidəki Vüsal İsmayılov (K 44) 1/4 finalda əlindən aldığı zədə üzündən döyüşü davam etdirə bilməyib. Eyni kateqoriya və çəkidə yarışan Vüqar Adışirinov da komanda yoldaşı kimi yarımfinalın bir addımlığında məğlub olub.







Baxış sayı: 550


Bölməyə aid digər xəbərlər