Bütün xəbərlər
Gənc müəllimlərlə görüş keçirildi
Tarix: 03-02-2019 19:28 | Bölmə: Sosial

2 Fevral - Gənclər Günü münasibətilə Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə çalışan gənc müəllimlərlə görüş keçirildi. Görüşdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən layiqli davam etdirildiyi gənc müəllimlərin nəzərinə çatdırıldı. Gənc müəllimlər çıxış edərək dövlətin onlara göstərdiyi qayğıya görə ölkə prezidentinə təşəkkürlərini bildirdilər. Tədbirin sonunda təlim-tərbiyə prosesində fərqlənən, məktəbin ictimai işlərində çalışan bir qrup müəllimə Fəxri Fərmanlar təqdim olundu.
Sabaha-inamla.Az




Baxış sayı: 774


Bölməyə aid digər xəbərlər