Bütün xəbərlər
Deputat: Rayonlarda kitabxanaların sayı artırılmalıdır
Tarix: 01-02-2019 19:58 | Bölmə: Sosial

                      

Rayonlarda kitabxanaların sayı artırılmalıdır.
Sabaha-inamla.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.
A.Abbas bildirib ki, bəzi rayonlarda kitabxanalar bağlanıb:
"Kəndlərdə kitabxana qalmayıb. Elektron kitabxanaya kim gedəcək? Mən buna inanmıram. Evdə telefonu, kompüteri olan elə kitabxanaya getməz. Elektron kitab oxumaq əleyhqaz geyinib qızılgül iyləmək kimi bir şeydir. Bəzi rayonlarda kitab mağazaları bağlanıb. Kitab istəyən haradan almalıdır?"
Millət vəkili üzünü imkanlı şəxslərə tutaraq bildirib, hərə öz kəndində kitabxana tikdirsə, çox yaxşı olar: "Restoran tikdirirlər, özləri bilərlər, amma nə olar ki, kitabxana da tikdirsinlər”.



Baxış sayı: 657


Bölməyə aid digər xəbərlər