Bütün xəbərlər
Rəsmi: “Formula 1 Management” şirkəti ilə Bakı Şəhər Halqası arasında heç bir fikir ayrılığı yoxdur
Tarix: 31-01-2019 23:21 | Bölmə: Sosial



“Formula 1 Management” şirkəti ilə Bakı Şəhər Halqası arasında heç bir fikir ayrılığı yoxdur.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqasından Trend-ə məlumat verilib.
Şirkət qeyd edir ki, Rusiyanın “Kommersant” qəzetinə istinadən yayılan xəbərlər qeyri-rəsmi və əsassız məlumatlardır:
"Belə ki, Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı müqavilə şərtləri tam məxfi saxlanılır və heç bir şəkildə icitmaiyyətə rəsmi şəkildə açıqlanmır.
Eyni zamanda bildirmək istərdik ki, Formula 1 yarışlarının təşkilatçısı “Formula 1 Management” şirkəti ilə Azərbaycanda Formula 1 yarışının promouter şirkəti Bakı Şəhər Halqası arasında bağlanmış müqavilə üzrə heç bir fikir ayrılığı yoxdur və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər fikir mübadiləsi əsasında və konstruktiv yolla həll edilir".



Baxış sayı: 556


Bölməyə aid digər xəbərlər