Bütün xəbərlər
Təzyiqin gözlənilməz səbəbi müəyyən edildi
Tarix: 27-01-2019 00:06 | Bölmə: Sosial

         

Alimlər qan təzyiqinin gözlənilməz səbəbini tapıblar.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, tədqiqata görə, orqanizmdə sink çatışmazlığı olan zaman qan təzyiqi yüksəlir.
Bu elementin çatışmazlığı böyrəklərin natriumu idarəetməsinə təsir göstərir. Böyrəklər ya onu reasorbsiya (təkrar qəbul etmək) edir, ya da orqanizmdən çıxarır.
Sink çatışmazlığı zamanı natriumun böyük bir hissəsi orqanizmə qayıdır və bu da təzyiqin yüksəlməsinə səbəb olur.
Yüksək təzyiqi olan insanların sidiyində natriumun aşağı olduğu müəyyən edilib.
Amerikanın Fiziologiya jurnalının məlumatına görə, bu proseslərin əlaqəsi yaxın zamanlarda müəyyən edilib. Alimlər laboratoriyada gəmiricilər üzərində təcrübə aparıblar. Sink çatışmazlığı yaşayan siçanlar təzyiqdən əziyyət çəkməyə başlayıb, nəzarət qrupu isə (onlarda sink normal olub) sağlam qalıb. Sink çatışmazlığına görə, təzyiq yaşayan siçanlara sink verilən zaman sağlamlıqları qaydasına düşməyə başlayıb.
Xatırladaq ki, sink daha çox dənli bitkilərdə, qırmızı ətdə, şokoladda, qarabaşaqda



Baxış sayı: 623


Bölməyə aid digər xəbərlər