Bütün xəbərlər
Ötən il Naxçıvana 414 min nəfərdən çox turist gəlib
Tarix: 23-01-2019 03:49 | Bölmə: Sosial

                     

Naxçıvan ötən il beynəlxalq tədbirlərə, idman yarışlarına da uğurlu ev sahibliyi edib.
"Report" muxtar respublikanın Turizm Departamentinə istinadən xəbər verir ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunması da turizm imkanlarını nümayiş etdirmək baxımından əhəmiyyətli rol oynayıb.
Görülmüş işlərin və yaradılmış müasir infrastrukturun nəticəsi olaraq 2018-ci ildə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 414 min 688 turist gəlib.
Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da diqqətdə saxlanılacaq. 
Daha əvvəl bildirilib ki, 2018-ci ildə Naxçıvan MR-nın sənaye sektorunda 990,067 mln. manat dəyərində məhsul istehsal olunub.  



Baxış sayı: 595


Bölməyə aid digər xəbərlər