Bütün xəbərlər
Sumqayıtda sərbəst güləş üzrə yarışına yekun vuruldu
Tarix: 22-01-2019 01:03 | Bölmə: Sosial


18-19 yanvar 2019-cu il tarixlərində “Alüminiumçu” İdman Evində sərbəst güləş üzrə “20 yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Elgün Kərimov (45 kq), Kamran Süleymanlı (48 kq), Orxan Quliyev (51 kq), Əli Mirzəzadə (55 kq), Cavidan Əhmədov (60 kq), Vasif Quliyev (65 kq), Əzrək Əliyev (71 kq), Röyal Məmişov (80 kq), Murad Hüseynov (92 kq) və Turan Əlizadə (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olumuşdur.
Sabaha-inamla.az



Baxış sayı: 678


Bölməyə aid digər xəbərlər