Bütün xəbərlər
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir
Tarix: 18-01-2019 17:24 | Bölmə: Sosial

                                

Əhali üçün tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir. Bunun ikinci yolu yoxdur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Ə.Əmiraslanovun sözlərinə görə, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığorta sistemi tətbiq ediləcək. Buna görə də 2019-cu il icbari tibbi sığortaya keçid üçün “hazırlıq ili” elan edilib: “Prezidentin fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) yaradılıb. Bu qurum artıq öz işinə başlayıb. Həmin qurum gələcəkdə icbari tibbi sığortanın həyata keçirilməsində əsas rol oynayan təşkilata çevriləcək”.
Komitə sədri icbari tibbi sığortaya keçidin təmini üçün 1999-cu ildə qəbul edilmiş “Tibbi sığorta haqqında” qanun layihəsinin yenidən işlənildiyini, icbari tibbi sığortanın tətbiqinin qanunvericilik baxımından təmin edildiyini söyləyib.
Ə.Əmiraslanov sistemin tətbiq edildiyi pilot rayonlarda icbari tibbi sığorta üzrə nəticələrin çox müsbət olduğunu deyib.



Baxış sayı: 567


Bölməyə aid digər xəbərlər