Bütün xəbərlər
Ötən il Acarıstana 200 mindən çox Azərbaycan vətəndaşı səfər edib
Tarix: 16-01-2019 21:16 | Bölmə: Sosial

                         


                            

Ötən il Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 204 562 Azərbaycan vətəndaşı səfər edib.
Bu barədə “Report”un Gürcüstan bürosuna MR-in Turizm və Kurortlar Departamentindən məlumat verilib.
İllik müqayisədə Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayında 24,2% artım qeydə alınıb.
2018-ci ildə Acarıstana, ümumilikdə, 1,9 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib ki, bu da illik müqayisədə 23,7% çoxdur.
Departamentdən qeyd olunub ki, statistik göstəricilər Acarıstana Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsi, Batumi limanı və aeroportu vasitəsilə səfər edən əcnəbilərin sayını əks etdirir.



Baxış sayı: 593


Bölməyə aid digər xəbərlər