Bütün xəbərlər
Şahmatçılarımız dünya çempionatında nə qədər qazandılar?
Tarix: 09-01-2019 17:03 | Bölmə: Sosial



FIDE Sankt-Peterburqda keçirilən rapid və blits üzrə dünya çempionatında iştirak edən şahmatçıların qazancını açıqlayıb.
Oxu.Az xəbər verir ki, 1 milyon ABŞ dolları təşkil edən mükafat fondundan ən çox pay Maqnus Karlsenə çatıb.
Blitsdə dünya çempionu olan, rapiddə beşinci yeri tutan norveçli şahmatçının qazancı 116 min 250 dollar olub.

Rapiddə dünya ikincisi olmuş şahmatçımız Şəhriyar Məmmədyarov ən çox qazanan təmsilçimizdir. Onun qazancı 50 min 750 dollar təşkil edir. Rauf Məmmədov 1050, Qədir Hüseynov 437 dollar qazanıb.  
Həm rapiddə, həm də blitsdə ikinci olan iranlı Sarasadat Xademalşəriəən çox qazanan qadın şahmatçıdır. Onun qazancı 69 min dollardır. Qadın təmsilçilərimizdən təkcə Zeynəb Məmmədyarova (2750 dollar) bu siyahıda yer alıb.
Beləliklə, dörd şahmatçımız ümumilikdə 54 987 dollar qazanıb.


Baxış sayı: 584


Bölməyə aid digər xəbərlər