Bütün xəbərlər
Bakıdan Moskvaya mədəsində “xəzinə” aparan qadın saxlanıldı
Tarix: 08-01-2019 21:04 | Bölmə: Sosial



Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə gedən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən, mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.
Xanım vətəndaş 1-ci terminalın A zonasında quraşdırılmış rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə saxlanılıb.
Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub və o, içərisində beş ədəd boyunbağı olan kiçik kisəni qarın nahiyəsindən çıxararaq gömrük əməkdaşına təqdim edib.
Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və sərnişinin daxili orqanından iki ədəd kiçik həcmli kisələr müəyyən edilib.
Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - beş ədəd boyunbağı, beş ədəd üzük-sırğa cütü dəsti, bir ədəd kulon-üzük-sırğa cütü dəsti, dörd cüt sırğa və bir ədəd üzük aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan zərgərlik məmulatları 750 və 583 əyarlı qızıldan hazırlanıb və ümumi çəkisi 219,98 qram təşkil edir. Məmulatların üzərlərində olan ağ şəffaf qaşlar brilyantdır.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 628


Bölməyə aid digər xəbərlər