Bütün xəbərlər
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib
Tarix: 30-11-2018 20:13 | Bölmə: Sosial
              

           

Sumqayıt şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə təltif olunan şəhər icra hakimiyyətinin əməkdaşlarına “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
Sumqayıt  şəhər  İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fərman Vəli oğlu Kazımova və Corat qəsəbəsi üzrə icra nümayəndəsi Cəmil  Dəmir oğlu  Quliyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib.
Şəhər rəhbəri ölkə başçısının sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan şəhər icra hakimiyyətinin əməkdaşlarını bir daha təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb.
Dövlət təltifinə layiq görülmüş əməkdaşlar çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.






www.sumqayitxeber.com








Baxış sayı: 1 209


Bölməyə aid digər xəbərlər