Bütün xəbərlər
Erməni əsir Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb
Tarix: 26-11-2018 22:02 | Bölmə: Sosial

                        

Erməni əsir Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət ünvanlayıb.
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 26 dekabr 2014-cü il tarixdə Azərbaycanın Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin N.Paşinyana əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciət edib.
A.Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.













Baxış sayı: 698


Bölməyə aid digər xəbərlər