Bütün xəbərlər
Görmə qabiliyyətini itirməmək üçün bu tərəvəzləri hər gün yeyin
Tarix: 20-11-2018 22:37 | Bölmə: Sosial

Gündəlik olaraq nitratlarla zəngin tərəvəzlərin istifadəsi görmə qabiliyyətinin itirilməsi riskini azaldır.
Trend-in məlumatına görə, bu qənaətə "Uestmid" Tibbi Araşdırmalar İnstitutunun bir qrup alımi gəlib.
15 il davam edən araşdırmalarda Avstraliyanın yaşı 49-u keçmiş iki mindən çox sakini iştirak edib. Məlum olub ki, hər gün nitratlarla zəngin olan çuğundur, ispanaq kimi tərəvəzlər, həmçinin yaşıl salat yeyənlərdə (100-142 mq) 35 faiz daha az makulodistrofiya diaqnozu qoyulub.
Qeyd edək ki, makulodistrofiya gözün selikli qişasını zədələyir və yaşlı adamlar arasında görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərindən biridir.
Bundan əvvəl alimlər müəyyənləşdirmişdilər ki, həftədə ən azı bir dəfə sitrus məhsullarının qəbulu gözün tor qişasını degenerasiyadan qoruyur.



Baxış sayı: 663


Bölməyə aid digər xəbərlər