Bütün xəbərlər
MUXTAR RESPUBLİKA ALİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
Tarix: 08-11-2018 20:34 | Bölmə: Sosial

Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin “Dünya iqtisadiyyatı və Menecment” Kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov və AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov 6-7 noyabr tarixlərində Türkiyə Cümhuriyyətinin İğdir şəhərində keçirilmiş II Çoxistiqamətli elmi araşdırmalar mövzusunda Beynəlxalq Konfransda iştirak ediblər.
“Yeni istehsal müəssisələrinin yaradılması regionların inkişaf səviyyəsinin tarazlaşdırılmasının və məşğulluğun təmin edilməsinin zəmini kimi” adlı məruzə ilə iştirak edən alimlər Azərbaycanın regional siyasətinin səmərəliliyindən, bu sahədəki proseslərin elmi cəhətdən əsaslandırılmasından, regional inkişafın təminatından, həmin proseslərin məşğulluq səviyyəsinin artırılmasına təsiri imkanlarından və s. məsələlərdən söz açmışlar. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının dinamik sosial-iqtisadi inkişafından, onun sosiallaşma səviyyəsindən, sənayeləşmə siyasətinin səmərəliliyindən, iqtisadiyyatın sənaye əhəmiyyətliliyinin artırılmasından və ölkənin səmərəli regional siyasətindəki rolundan ətraflı bəhs edilmişdir. Dosent Ceyhun Mahmudov iki bölmə iclasına rəhbərlik etmişdir. Konfrans qarşılıqlı elmi müzakirələrlə yadda qalmışdır.
Sabaha-inamla.az



Baxış sayı: 804


Bölməyə aid digər xəbərlər