20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
İsmayıl Hacıyev alim və ictimai xadim kimi-İsmayıl Hacıyev- 70
Tarix: 18-01-2021 21:44 | Bölmə: Sosial

AMEA Naxçıvan Bölməsində Azərbaycan elminin görkəmli nümayəndəsi, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi İsmayıl Hacıyevin 70 illik yubileyi münasibəti ilə “İsmayıl Hacıyev alim və ictimai xadim kimi” mövzusunda tədbir keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən Sabaha-inamla.az-a verilən məlumata görə tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli akademik İsmayıl Hacıyevin həyat yolu və zəngin elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, İsmayıl Hacıyev 1951-ci il yanvarın 21-də Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Xanağa və Göydərə kənd məktəblərində orta təhsil almış, 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1974-1977-ci illərdə Xanağa və Xoşkeşin kənd məktəblərində müəllim, 1978-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda fəaliyyət göstərmişdir. Burada müəllim, baş müəllim, dosent, dekan müavini, dekan, elmi işlər üzrə prorektor və tədris işləri üzrə prorektor vəzifələrinin uğurla icra etmişdir. 1992-ci ildə “Böyük Vətən müharibəsi illərində Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər)” mövzusunda namizədlik, 1999-cu ildə “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
“Onun “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” adlı doktorluq dissertasiyası tarix elmimizin mühüm nailiyyətlərindən biridir”, - deyən professor F.Səfərli zəhmətkeş alim, bacarıqlı təşkilatçı İ.Hacıyevin orta məktəb müəllimliyindən elmin ən ali pilləsi olan akademikliyə qədər keçdiyi kəşməkəşli elmi fəaliyyəti haqqında məlumat verib. Alim vurğulayıb ki, muxtar respublikanın aparıcı ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universitetinin klassik təhsil müəssisəsi kimi formalaşmasında İsmayıl Hacıyevin xüsusi əməyi olmuşdur. Məhz həmin təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi artıq inkişaf etmiş elm müəssisələrindən birinə çevrilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli “Akademik İsmayıl Hacıyevin ictimai fəaliyyəti” mövzusunda məruzə edib.
Məruzədə vurğulanıb ki, tanınmış ziyalı, təcrübəli tədqiqatçı alim İsmayıl Hacıyev ölkə və muxtar respublika mühitində ictimai-siyasi baxımdan fəallığı ilə seçilən şəxsiyyətdir. O, aydın siyasi mövqeyi olan, qətiyyətli, dönməz əqidəli ictimai xadimdir. Dövlətimizin elm siyasətində özünəməxsus yer tutan alim AMEA-nın Naxçıvan Bölməsinə rəhbərlik etdiyi 18 il ərzində həm nümunəvi elmi-təşkilati bacarıq nümayiş etdirmiş, həm də Azərbaycan elmi-ictimai mühitinin tanınmış
siması kimi bu siyasətin həyata keçirilməsinə özünün real və samballı töhfəsini vermişdir. Onun aktual məsələlərlə bağlı ölkə mətbuatındakı çıxışları vətənpərvər, aydın, prinsipial mövqeyinə görə diqqət çəkir. Yüksək əxlaqi keyfiyyətləri, sadəliyi, təvazökarlığı, məsuliyyətliliyi, əsl vətənpərvər mövqeyi ilə seçilən bu Azərbaycan ziyalısı ömrünü Azərbaycan dövlətçiliyinin, Naxçıvanşünaslığın tədqiqinə həsr etmiş və bu gün də bu ali missiyanı uğurla davam etdirməkdədir.
Daha sonra Naxçıvan Dövlət Universitetinin əməkdaşı, tarix elmləri doktoru Sevinc Abbasovanın “Azərbaycan tarixinin öyrənilməsində akademik İsmayıl Hacıyevin rolu”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Akademik İsmayıl Hacıyevin araşdırmalarında Naxçıvan tarixi məsələləri” və həmin İnstitutun “Qafqaz tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Akademik İsmayıl Hacıyevin elmi tədqiqatlarının əsas istiqamətləri” mövzusunda məruzələri dinlənilib.
Azərbaycan elminə çoxlu sayda tarixçi bəxş etmiş alimin bir elm xadimi və pedaqoq kimi fəaliyyətindən danışan məruzəçilər qeyd ediblər ki, məhz onun rəhbərliyi ilə 9 nəfər elmlər doktoru, 20 nəfər fəlsəfə doktoru öz müəllimlərinin layiqli davamçılarına çevrilmişlər.
Bildirilib ki, İsmayıl Hacıyev Naxçıvanşünaslığın tədqiqi sahəsində xüsusi yer tutan alimlərdəndir. Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Heydər Əliyev siyasəti və Azərbaycan tarixi məsələləri, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri, Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvanla əlaqələri, Araz-Türk Respublikasının tarixi, Naxçıvan bölgəsinin ərazi taleyi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi tarixi, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və soyqırım siyasəti və s. məsələlər alimin elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Onun uzunmüddətli tədqiqatları sayəsində unudulmuş, araşdırılmamış şəxsiyyətlər tədqiqata cəlb olunmuş, elmi dövriyyəyə daxil edilmişdir. Sovet dövründə tariximizə qarşı nümayiş olunan qərəzli mövqe bəzi həqiqətlərin təhrif olunması, gizlədilməsi ilə nəticələnmişdir. Bununla əlaqədar bir çox tarixi həqiqətlərin üzə çıxarılmasında, mübahisəli məsələlərə aydınlıq gətirilməsində İsmayıl Hacıyevin misilsiz əməyi olmuşdur.
Onun elmimizə, tariximizə göstərdiyi xidmətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. İ.Hacıyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi xatirə medalı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi xatirə medalı ilə təltif edilmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, AMEA Rəyasət Heyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür.
Qeyd olunub ki, İ.Hacıyev Azərbaycan tarixinin müxtəlif problemlərinin araşdırılmasında öz imzasının atmış dəyərli elm adamı kimi, nəinki respublikamızda, eləcə də ölkə hüdudlarından kənarda da tanınmış elm adamıdır. Onun əsərləri dünyanın Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, İngiltərə, Polşa, Çexiya, İtaliya, Xorvatiya, Cənubi Koreya, Tunis, Qazaxıstan, Özbəkistan və başqa ölkələrində işıq üzü görmüşdür.
Sonda yubilyar çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Sabaha-inamla.az

Baxış sayı: 817
Bölməyə aid digər xəbərlər

5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi