22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
Bir məktəbli sinif yoldaşını bıçaqla hədələyərək üzünə yumruq vurub
Tarix: 11-11-2025 19:12 | Bölmə: Digər

Ramenskoyedən olan bir məktəbli sinif yoldaşına qələm bıçağı göstərib üzünə bir neçə dəfə yumruq vurduqdan sonra xuliqanlıqda şübhəli bilinir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Moskva vilayəti üzrə İstintaq Komitəsi Telegram-da məlumat verib.
Hadisə 10 noyabr bazar ertəsi günü Ramenskoye bələdiyyə rayonunun Drujba kəndindəki bir məktəbdə baş verib. Tənəffüs zamanı iki doqquzuncu sinif şagirdi mübahisə edib.
"Bir anda onlardan biri qələm bıçağını çıxarıb, göstərib və sonra sinif yoldaşının üzünə bir neçə dəfə yumruq vurub", - deyə, məlumatda bildirilir.
Xuliqanlıq maddəsi ilə cinayət işi açılıb (Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi). İstintaq Komitəsinin əməkdaşları dindirmələr və digər istintaq hərəkətləri aparacaqlar.
Müstəntiqlər həmçinin təhsil müəssisəsinə bıçaq gətirilməsinə yol verən məktəb işçilərinin səhlənkarlığı maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsinin 1-ci hissəsi) cinayət işi açıblar.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər