20:08 / 06-05-2026
190 karatlıq almaz tapılıb
01:11 / 06-05-2026
Sənət dastanı
Bütün xəbərlər
Bu universitetdən Türkiyə və Pakistandan olan tələbələrə güzəşt
Tarix: 07-11-2020 10:05 | Bölmə: Sosial

                 Bu universitetdən Türkiyə və Pakistandan olan tələbələrə güzəşt


Bakı Ali Neft Məktəbi Azərbaycanın işğalda olan torpaqlarını azad etmək üçün keçirdiyi hərbi əməliyyatlara daim dəstəyini bildirən Türkiyə və Pakistandan olan tələbələrə güzəşt edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə BANM-in rektoru Elmar Qasımov məlumat verib.
O bildirib ki, Bakı Ali Neft Məktəbində təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borclarını ləğv ediblər: “Eyni zamanda, bu tələbələrin ümumiyyətlə yataqxanamızda BANM hesabına qalmaları haqqında qərar qəbul etdik”.



Baxış sayı: 495


Bölməyə aid digər xəbərlər
16-04-2026, 22:37 105 yaşında vəfat edib