19:44 / 08-10-2026
Aqressiv ayını güllələyərək öldürüb
19:41 / 08-10-2026
Ayının yeniyetməyə hücum etməsindən sonra iş açılıb
19:37 / 08-10-2026
Moldova parlamenti Rusiya mayonezinin qadağan edilməsini müzakirə etdi
19:33 / 08-10-2026
20-ci mərtəbədəki mənzilindən dörd pişiyi atdı
19:30 / 08-10-2026
İspaniya hərbi təyyarəsi müşahidə edilib
19:24 / 08-10-2026
Litva Baş naziri Rusiya taxıl tranzitini qadağan etmək istəyir
19:20 / 08-10-2026
Bir kişi polis əməkdaşlarına iki qoyunla rüşvət verməyə cəhd etdiyinə görə mühakimə olunur
19:17 / 08-10-2026
Çinin "Tianvan" Atom Elektrik Stansiyasında 7-ci blok reaktoru işə salınıb
19:12 / 08-10-2026
Husilər Ər-Riyad hava limanına raket hücumu elan etdilər
19:09 / 08-10-2026
Bir ana və onun azyaşlı oğlu təqaüdçüləri öldürməkdə ittiham olunurlar
19:05 / 08-10-2026
Rubio Ukraynadakı münaqişənin genişlənmə riski barədə xəbərdarlıq etdi
19:01 / 08-10-2026
Slovakiyanın Baş naziri Avropa Parlamentindən Qızıl Tramp heykəlinin çıxarılmasını gözləyir
18:57 / 08-10-2026
Botanika bağında ayı izləri aşkar edilib, ərazi bağlanıb
18:53 / 08-10-2026
Polşada bir qadını bıçaqlayan yeniyetmənin başında videokamera olan dəbilqə var idi
18:48 / 08-10-2026
Xarici avtomobildə olan yeniyetmə polisdən yayınmağa çalışıb
18:45 / 08-10-2026
Kaşpirovskinin qohumları onu Ukraynada dəfn etmək istəyirlər
18:42 / 08-10-2026
Belarus Xarici İşlər Nazirliyi Bryansk yaxınlığındakı hücumu Minskin münaqişəyə cəlb edilməsi cəhdi adlandırıb
18:35 / 08-10-2026
Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanı mikrofonunu kəsməkdə günahlandırdı
18:31 / 08-10-2026
Fiqurlu konkisürən Trusova Almatıda qüsursuz qısa proqramda konkisürmə etdi
18:23 / 08-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
“Həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar” - Erməni din xadimi
Tarix: 06-11-2020 14:59 | Bölmə: Sosial
Bu gün “Yeddinci Günün Adventistləri”nin Dua Evində Azərbaycana əsir düşmüş, Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviçlə görüş keçirilib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Bakıdakı və Gəncədəki “Yeddinci Günün Adventistləri” İcmalarının pastorları Elşən Cabbarov və Elşən Səmədov dua ediblər.
Dua mərasimindən sonra Elşən Cabbarov çıxış edərək bildirib ki, əsrlər boyu baş verən müharibələr Allahın müharibə istəmədiyini göstərir: “O, hər zaman sülhün tərəfindədir, çünki Allah insanların həmişə sülh içində olmasını istəyir və insanların həlak olmasını istəmir. Biz insanları sülhə çağırırıq. Müqəddəs kitabda Allah həmişə bu barədə deyib. Biz yalnız sülh sayəsində xoşbəxt yaşaya bilərik”.
Daha sonra Hovsep Saakyan Araratoviç də çıxış edərək 2011-ci ildən Allahverdi deyilən yerdə xidmətə başladığını, sonra Gümrü şəhərində “Yeddinci Günün Adventistləri”nin icmasında pastor kimi xidmətini davam etdirdiyini deyib: “Mən Allahın sözünü danışan insan kimi həmişə istəmişəm ki, erməni və Azərbaycan xalqları sülh içində yaşasınlar. Bu gün biz Allahın çağırışını eşitdik, o istəyir ki, biz sülhlə yaşayaq. Allah müharibə istəmir. Allah insanlığı, eləcə də Azərbaycan və erməni xalqlarını ona görə yaratdı ki, hamımız sülh və əmin-amanlıq içində yaşayaq. Mən çox şadam ki, Allah möcüzə nəticəsində həyatımı saxladı və mən indi burdayam”.
Hovsep Saakyan deyib ki, hərbi komissarlıqdan zəng edib müharibəyə çağıranda vuruşmaq istəmədiyini bildirib: “Mən dini inancıma görə müharibə tərəfdarı olmadığımı, əlimə silah götürüb heç kəsi öldürə bilməyəcəyimi desəm də, dinləmədilər. Çünki Allahın on əmrindən altıncısında da deyilir ki, öldürmə. Lakin onlar dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur, sən orda olmalısan. Mən cəbhəyə getdim və dedim ki, heç kəsi öldürməyəcəm. Mənə imkan yaratsaydılar, vuruşmaq əvəzinə, arxa cəbhədə hospitalda xəstələrə yardım göstərərdim. Lakin bizimkilər buna imkan vermədi. Mən cəbhəyə yollansam da, əlimə silah götürüb vuruşmadım. Biz Qubadlıda olanda heç bir saat keçmədi ki, mərmilər partlamağa başladı. Mən sağ ayağımdan qəlpə yarası aldım. Məni hospitala köçürmək istəyirdilər. Lakin biz yolda olanda yenidən mərmi partladı və maşınımız qəzaya düşdü. Yanımdakıların hamısı öldü, bircə mən sağ qaldım. Allah məni saxladı və mənə yeni bir imkan verdi. Bu gün burda olmağıma görə Allaha təşəkkür edirəm və bir insan kimi Azərbaycan və erməni xalqlarını sülhə çağırıram. Allah müharibə istəmir. Allah istəyir ki, biz əmin-amanlıq içində yaşayaq. Mən Allaha yenidən yaşamaq imkanı verdiyi üçün minnətdaram”.
Pastor erməni əsgərlərinə də çağırış edib: “Mən bir inanclı insan kimi həmvətənlərimə müraciət edirəm ki, silahı yerə qoysunlar, vuruşmasınlar. Çünki onlar başqalarının torpağında vuruşurlar. Mənimlə 60 insan var idi. Əminliklə deyə bilərəm ki, onlar da döyüşmək istəmirdilər. Onlar da sülh tərəfdarı idilər. Çünki onlar da cavan insanlar idilər, onların ailəsi, uşaqları vardı, müharibəni dayandırıb evlərinə qayıtmaq istəyirdilər. Necə ki, mən ailəli insanam, doqquz aylıq qızım var və tezliklə ailəmə qovuşmaq istəyirəm, onlar da mənim kimi ailələrinə qovuşmaq istəyirdilər”.
Hovsep Saakyan hazırda saxlanma şəraitinə də toxunub: “Mən yaralananda bud sümüyüm oynaqdan çıxdı. Məni əsir götürəndə bura gətirib hospitala göndərdilər və ayağımı yerinə saldılar. Buna görə minnətdaram. Burda məni paltar və yeməklə təmin etdilər. Hər şey qaydasındadır və buna görə də hər kəsə təşəkkür edirəm”.
O, erməni patriarxı 2-ci Qareginin müharibə çağırışlarını da qəbul etmədiyini diqqətə çatdırıb: “Mənim mövqeyim müqəddəs kitabın mövqeyidir və müqəddəs kitab insanları sülhə çağırır. Öldürmək böyük günahdır. Buna görə də erməni din xadimlərinin müharibə çağırışlarını qınayıram. Təəssüf ki, vətənimdə erməni kilsəsinin digər icmalara münasibəti pisdir, onları sekta hesab edir. Mən orda olan zaman Azərbaycan tərəfindən hər hansı bir kilsənin bombalanmasının və ya atəşə tutulmasının şahidi olmadım”.
Baxış sayı: 650
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:23
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar