12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ilk dəfə olaraq risk qruplarının mövsümi qripə qarşı vaksinasiya prosesinə başlayıb - FOTO
Tarix: 06-11-2020 00:53 | Bölmə: Sosial

               TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ilk dəfə olaraq risk qruplarının mövsümi qripə qarşı vaksinasiya prosesinə başlayıb - FOTO


“Hazırda dünyada və ölkəmizdə  koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirməkdədir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip  və digər  etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması  müşahidə edilir”.
APA-nın məlumatına görə, bu barədə TƏBİB-in rəsmi “Facebook” səhifəsində bildirilib.
Qeyd edilib ki, koronavirus infeksiyası ilə yanaşı, sözügedən xəstəliklərin də mövcudluğu epidemik vəziyyətin gərginləşməsinə səbəb ola bilər: “Risk ehtimalını nəzərə alaraq, mövsümi qripə qarşı peyvəndin aparılması zəruridir.
Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirib və vaksinasiya prosesi başlayıb. Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.  
Bu gün Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, və qurumun işçilərinin bir qismi qripə qarşı peyvənd  olunub.
Ölkəmizə gətirilən qripə qarşı vaksinasiya Niderland Krallığında istehsal olunmuş  İnfluVak Tetra  peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir.  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və  2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır. 
Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində 2020-ci il 12 oktyabrdan başlayıb. Proses bir ay müddətində həyata keçiriləcək”.

 

































Baxış sayı: 413


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu