Bütün xəbərlər
Tvitter Ceyhun Bayramovun hesabını bərpa etdi - Yenilənib
Tarix: 05-11-2020 10:45 | Bölmə: Sosial

                 Tvitter Ceyhun Bayramovun hesabını bərpa etdi


Hazırda xarici işlər naziri Ceyhun Bayramovun tvitter hesabına daxil olarkən bloklanma ilə bağlı məlumat göstərilir.
“Qafqazinfo” bildirir ki, müharibə şəraitində olan ölkənin XİN rəhbərinin hesabının bloklanması azərbaycanlı istifadəçilərin etirazına səbəb olub. Bununla bağlı yüzlərlə tvit atılıb.
O, Azərbaycana qarşı olan erməni təxribatı və siyasi fəaliyyəti ilə bağlı operativ olaraq məlumatlar paylaşırdı. Belə durumda XİN rəhbərinin hesabının bloklanmasının səbəbi qaranlıq olaraq qalır.
Qeyd edək ki, Ceyhun Bayramovun tvitterdə 77 min izləyicisi var.


***
Xarici işlər naziri Ceyhun Bayramovun tvitter hesabı yenidən aktivləşib. 




Baxış sayı: 306


Bölməyə aid digər xəbərlər